RU

49 məktəbin tikintisi və əsaslı təmiri planlaşdırılır - Eşqi Bağırov

“Peşə təhsili və hazırlığı istiqamətində də gənclərin bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər planlaşdırılıb. Bu baxımdan kadr hazırlığı proqramları xüsusi əhəmiyyət daşıyır”.

Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə bildirdi.

Onun sözlərinə görə, məqsəd daha çox gəncin müasir peşə bacarıqlarına yiyələnməsini təmin etməkdir:

“Qeyd etmək lazımdır ki, kadr hazırlığı prosesi yerli müəssisələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Artıq paytaxtdakı məktəblərdə ixtisas hazırlığı proqramlarının tətbiqinə başlanılıb və gələcəkdə bu istiqamətin daha da genişləndirilməsi nəzərdə tutulur.

Bu il həmçinin məktəblərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Ümumilikdə 49 məktəbin tikintisi və əsaslı təmiri planlaşdırılır. Bunlardan 32-si əsaslı təmir, 2-si isə yeni məktəb binasının tikintisidir. Bu addımlar təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir”.

NURİYYƏ

Избранный
60
redaktor.az

1Источники