Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlıhərəkət iştirakçılarına müraciət edib.
Trend-inməlumatına görə, BDYPİ baş verə biləcək xoşagəlməz hallarınqarşısının alınması üçün hərəkət iştirakçılarından yola çıxarkənehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyixahiş edir.
Müraciətdə deyilir ki, qoşqulu, tentli, uzun ölçülü yükavtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı,küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunuunutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqətyetirməlidirlər.
Ayrı-ayrı bölgələrdə yağışın intensiv olacağını nəzərə alaraq,sürücülər ehtiyat tədbirləri görməli, yağmurlu, çiskinli havadasürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, avtomobilintexniki sazlığını, xüsusilə işıq cihazlarının, şüşəsilgəclərininişlək vəziyyətdə olmasını təmin etməlidirlər.
Piyadalar da əlverişsiz hava şərtlərini nəzərdən qaçırmamalı,yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat vəsağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.