RU

Xırdalan və Masazır sakinlərinin NƏZƏRİNƏ

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonu və Xırdalan şəhəri ərazisində içməli, kanalizasiya və yağış sularının axıdılması sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması üçün tədbirlər görüləcək.Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.Belə ki, Xırdalanda 12/26 saylı KNS-də soft starter avadanlıqlarının yenilənməsi, Masazırdakı Qotur gölündə 12/26 saylı KNS-də nasos aqreqatlarının bərpası və idarəetmə panelinin yuxarı səviyyəyə qaldırılması və digər zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tapşırılıb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
bizim.media

2Источники