RU

Uşaqları pozan oyunlardır?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Təkirdağ (Türkiyə) Namiq Kamal Universitetinin Qadın və Ailə Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzinin direktoru, dosent doktor Şeniz Özhan bildirib ki, zorakılıq məzmunlu rəqəmsal oyun və proqramlara məruz qalan uşaqlar zorakılığı adi ünsiyyət forması kimi qəbul edə bilirlər.Demokrat.az-ın məlumatına görə, o qeyd edib ki, smartfonlar, sosial media və onlayn platformalarda uzun müddət vaxt keçirmək ailədaxili ünsiyyəti zəiflədir.Özhan vurğulayıb ki, uşaqların rəqəmsal məzmunları mütləq izlənilməlidir: "Uşaqların hansı oyunları oynadıqları, hansı rəqəmsal platformalarda vaxt keçirdikləri və nələri izlədiklərinin nəzarətdə saxlanılması son dərəcə vacibdir. Tədbir görülmədikdə uşaqlar zorakılıq məzmunlu oyun və proqramlara məruz qala bilirlər".O əlavə edib ki, xüsusilə ibtidai sinif yaşında olan uşaqlar zorakılığı sorğulaya biləcək yaş və şüur səviyyəsində olmurlar. Zorakılığa məruz qalan və ya onun şahidi olan uşaqlar bu davranışı adi bir hal kimi qəbul edə bilirlər.Bu yanaşmanın uşaqların sosial münasibətlərinə də təsir etdiyini bildirən Özhan deyib: "Əgər zorakılıq ev mühitində yaşanırsa, uşaq bunu normal ünsiyyət forması kimi görə bilər. Empati hissi zəifləyən uşaq məktəb mühitində həmyaşıdlarına qarşı da bu davranışı sərgiləyə bilər".Özhan ailələrin uşaqlar üçün rəqəmsal ekranlardan uzaq keçirilən vaxtı ortaq prinsipə çevirməsinin vacibliyini qeyd edib.Onun sözlərinə görə, bu yanaşma bir növ rəqəmsal detoks xarakteri daşıyır: "Müəyyən müddət ərzində ekranlardan uzaq qalmaqla bağlı ailədaxili prinsipin formalaşdırılması ünsiyyəti gücləndirir və uşaqların özlərini ailə daxilində daha dəyərli hiss etməsinə kömək edir".O, valideynlərə xüsusilə axşam yeməyindən sonra ekransız vaxt keçirməyi tövsiyə edib. Bu müddətdə uşaqlarla oyun oynamaq, söhbət etmək və ya günün müəyyən mövzusu ətrafında fikir mübadiləsi aparmaq mümkündür.Özhan bildirib ki, uşaqların yaşına uyğun ekran vaxtının müəyyənləşdirilməsi vacibdir və məktəblərdə zorakılığın qarşısının alınmasına yönəlmiş xüsusi bölmələrin yaradılması faydalı ola bilər.O qeyd edib ki, məktəblərdə yalnız akademik nailiyyətlər deyil, uşaqların psixososial inkişafı da izlənilməlidir:"Zorakılıq məzmunlu rəqəmsal oyun və proqramlara məruz qalan uşaqlar zorakılığı adi ünsiyyət forması kimi qəbul edə bilirlər. Xüsusilə ibtidai sinif yaşında olan uşaqlar izlədiklərini və oynadıqlarını tənqidi qiymətləndirə biləcək şüur səviyyəsində olmurlar. Məktəblərdə zorakılığın qarşısının alınması bölmələrində müəllimlər, psixoloqlar, psixiatrlar və sosial xidmət mütəxəssisləri birlikdə çalışmalıdır. Uşaqlara qəzəbə nəzarət öyrədilməlidir. Zorakılıq göstərən uşaq da əslində bir qurban sayılır. Buna görə də yanaşma damğalayıcı deyil, dəstəkləyici olmalı və ailə bu prosesdə mütləq iştirak etməlidir".Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
45
demokrat.az

1Источники