RU

ABŞ təzyiq siyasətinə davam edir

ain.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, sanksiya tətbiq olunan İran hava yolları ilə əməkdaşlıq edənlər ABŞ sanksiyaları ilə üzləşə bilər.

"Cebheinfo.az" xəbər verir ki, nazir məsələ ilə bağlı “X” sosial media platformasında paylaşım edib.

Sanksiya tətbiq olunan İran hava yolları ilə işləməyin “ABŞ sanksiyalarına məruz qalma riski daşıdığını” qeyd edən Bessent, xarici hökumətlərə çağırış edərək onların yurisdiksiyası daxilində fəaliyyət göstərən şirkətlərin bu təyyarələrə reaktiv yanacaq, katerinq, eniş haqları və ya texniki xidmət daxil olmaqla hər hansı xidmət göstərməsinin qarşısını almaq üçün bütün zəruri addımları atmalarını istəyib.

Skott Bessent əlavə edib ki, ABŞ Maliyyə Nazirliyi “iqtisadi təzyiq” çərçivəsində İrana qarşı maksimum təzyiq siyasətini davam etdirəcək və İran qurumları ilə əməkdaşlığı asanlaşdıran və ya birbaşa işləyən üçüncü tərəflərə qarşı tədbir görməkdən çəkinməyəcək.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
cebheinfo.az

2Источники