RU

Putinin ən yaxın müttəfiqinin yaxtası Hörmüzdən keçdi

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putinin ən yaxın müttəfiqlərindən olan milyarder Aleksey Mordaşova məxsus yaxta blokadaya baxmayaraq, Hörmüz boğazından keçə bilib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, 500 milyon dollarlıq yaxta aprelin 24-də Dubay limanından ayrılaraq Hörmüz boğazını keçib və aprelin 26-da Omanın paytaxtı Maskat şəhərinə çatıb.

Qeyd edək ki, “Severstal” şirkətinin rəhbəri olan Aleksey Mordaşov “Forbes” jurnalına görə Rusiyanın ən varlı adamı hesab olunur. Mordaşov ABŞ, AB və Böyük Britaniyanın sanksiyaları altındadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
axar.az

1Источники