RU

"Neftçi"nin kapitanı Amil Həmzəyev: "Daha geniş heyət qurulmalıdır ki, zədələr bizə təsir etməsin"

"Neftçi" basketbol klubu daha güclü və geniş heyət qurmalıdır ki, zədələr komandaya çox da təsir etməsin.

Bunu "Report"a açıqlamasında "ağ-qaralar"ın kapitanı Amil Həmzəyev deyib.

35 yaşlı oyunçu Bakı təmsilçisinin cari mövsümdəki çıxışı barədə danışıb:

"Əslində, mövsümə çox yaxşı başlamışdıq. Ancaq Azərbaycan Basketbol Liqasını zədələr ucbatından planlaşdırdığımızdan çox fərqli bitirdik. Yarımfinalda "Abşeron Lions"a uduzduq. Bu görüşlərdə də eyni səbəbdən məğlub olduq. Meydançada 2, bəzən 3 yerli basketbolçu ilə mübarizə aparmaq məcburiyyətində qaldıq. Düşünürəm ki, daha güclü və geniş heyət qurulmalıdır ki, zədələr komandaya çox da təsir etməsin".

A.Həmzəuev "Neftçi" ilə müqaviləsinin bitdiyini də sözlərinə əlavə edib:

"Hələlik yeni sözləşmə haqqında danışığımız olmayıb. Amma, əlbəttə ki, komandada çıxışımı davam etdirmək istəyirəm".

Xatırladaq ki, "Neftçi" Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin hər iki oyununda "Abşeron Lions"a uduzub - 89:95, 81:90.

Избранный
19
1
far.az

10Источники