RU

FHN Cəlilabadda mülki müdafiə təlimi keçirib

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinin hazırlıq planına və Cəlilabad Rayon İcra Hakimiyyətinin 2026-cı il üçün təsdiq edilmiş mülki müdafiə tədbirləri planına uyğun olaraq rayonda mülki müdafiə sahəsində növbəti təlim təşkil olunub.

SİA-nın məlumatına görə, Cəlilabad rayon mərkəzi stadionunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin iştirakı ilə xəbərdarlıq toplanışı üzrə mülki müdafiə məşqi keçirilib.

Təlimin əsas məqsədi fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, operativ reaksiya imkanlarının gücləndirilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın təkmilləşdirilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
1
sia.az

2Источники