RU

Putinə yaxın oliqarxın superyaxtası Hörmüz boğazından keçib

Sanksiyalar altındakı Aleksey Mordaşova məxsus 142 metrlik “Nord” yaxtası Dubaydan çıxaraq Oman istiqamətinə yönəlib...

Poliqon xəbər verir ki, Rusiyalı oliqarx Aleksey Mordaşova məxsus “Nord” adlı 142 metrlik superyaxta, aprelin 24-də Dubay limanından ayrılıb və artıq ertəsi gün Hörmüz boğazını keçərək Oman istiqamətində hərəkət edib.

Məlumata görə, “Nord” yaxtasının hərəkəti beynəlxalq diqqət çəkib, çünki onun sahibi Aleksey Mordaşov Qərb sanksiyalarına məruz qalan əsas Rusiya biznesmenlərindən biri hesab olunur. O, həmçinin Severstal şirkətinin sahibidir və Forbes tərəfindən Rusiyanın ən varlı şəxslərindən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, Mordaşov ABŞ-nin, Avropa İttifaqının və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalar siyahısındadır. Buna baxmayaraq, onun aktivləri, o cümlədən bahalı yaxtası müxtəlif regionlarda hərəkətini davam etdirir.

Poliqon.info

Избранный
55
poliqon.info

1Источники