ABŞ-nin müdafiə imkanları ilə bağlı diqqətçəkən açıqlama verilib.
Musavat.com xəbər verir ki, ABŞ müdafiə nazirinin kosmos sahəsində siyasət üzrə köməkçisi Mark Berkoviç Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə ölkənin mövcud müdafiə imkanlarının məhdud olduğunu bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ yalnız çox məhdud imkanlara malik yerüstü, birsəviyyəli raketdən müdafiə sisteminə sahibdir və bu sistem əsasən Şimali Koreyadan gələ biləcək kiçik miqyaslı qəfil hücumların qarşısını almaq üçün nəzərdə tutulub.
Berkoviç qeyd edib ki, ölkənin digər ballistik raket hücumlarına qarşı imkanları da məhduddur. Eyni zamanda o vurğulayıb ki, ABŞ-nin hazırda hipersəs silahlarına və müasir qanadlı raketlərə qarşı effektiv müdafiə vasitələri yoxdur.
Dinləmələr zamanı senatorlar ABŞ-də hazırlanması nəzərdə tutulan yeni nəsil raketdən müdafiə sistemi - “Golden Dome” (“Qızıl qübbə”) layihəsi çərçivəsində mövcud vəziyyət barədə məlumat istəyiblər.
Musavat.com