RU

Hakan Fidan Avstriyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan 29-30 aprel tarixlərində Avstriyaya rəsmi səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Fidan səfəri çərçivəsində Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal naziri Meynl-Reisinger ilə görüşəcək.

Səfəri zamanı Fidanın Avstriyanın Baş naziri Kristian Ştoker, ATƏT-in baş katibi Feridun Sinirlioğlu və Türkiyə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşməsi, Vyana Diplomatik Akademiyasında konfransda çıxış etməsi planlaşdırılır.

Görüşdə Avstriya arasındakı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticari, hərbi, mədəni və humanitar aspektləri əhatə edən vahid perspektivdən müzakirə edilməsi gözlənilir.

İlahə Qənbərli

Missiya.Az

Избранный
70
14
missiya.az

10Источники