RU

Təyyarədə körpə dünyaya gəldi

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Atlanta-Portland reysi enişə az qalmış unudulmaz an yaşaıb. Demokrat.az xəbər verir ki, “Boeing 737” tipli təyyarə Portland Beynəlxalq Hava Limanına enmək üzrə olarkən sərnişinlərdən biri təxminən 2,5 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gətirib.Cümə gecəsi baş verən hadisə zamanı təyyarədə təsadüfən olan iki təcili yardım işçisi – Tina Frits və Kaarin Pauell dərhal müdaxilə edib. Təyyarədə steril doğum dəstinin olmaması səbəbindən onlar doğum prosesində yaradıcı üsullardan istifadə etməli olublar.Sərnişinlərdən yorğanlar toplanıb, körpənin göbək bağını bağlamaq üçün isə uçuş bələdçisindən alınan ayaqqabı bağı istifadə edilib. Daha sonra digər paramedik öz ayaqqabı bağını turnike kimi istifadə edib.Doğum zamanı təyyarənin enişinə cəmi bir neçə dəqiqə qalmışdı. Kabin heyəti təhlükəsizlik səbəbilə paramediklərə oturmaq göstərişi versə də, onlar doğumun davam etdiyini bildiriblər. Bir neçə güclü sancıdan sonra körpə dünyaya gəlib.Tina Fritsin sözlərinə görə, körpə dərhal sağlam rəng alıb və ana vəziyyəti çox yaxşı olub: "Körpə dərhal çəhrayı rəng aldı, çox gözəl idi. Ana isə çox güclü idi".Təyyarə dayanacağa yaxınlaşanda sərnişinlərin sayı 153-dən 154-ə yüksəlib. Yolçular və ekipaj hadisəni alqışlarla və foto çəkilişlərlə qeyd ediblər.Ana və yeni doğulan “Brielle Renee” adlı körpə ehtiyat məqsədilə xəstəxanaya aparılıb. Qadın Tennessi ştatından anasının yanına gedərkən doğum sancıları başlayıb və təyinat yerinə çatmasına təxminən 20 dəqiqə qalmış ana olub.“Delta Air Lines” şirkəti tibb könüllülərinə və ekipaja təşəkkür edərək bildirib ki, sərnişinlərin sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet olaraq qalır.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
demokrat.az

1Источники