RU

Bolşevik Həmid Sultanov: “Mən daxil olanda Məhəmmədəmindən başqa hamı ayağa qalxdı”

28 aprel Azərbaycanda Rusiya işğalının növbəti ildönümüdür. 

1920-ci ildə Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyətinin qurulması məqsədilə, XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ilə yaxın koordinasiyalanmış hərbi əməliyyat keçirilib. Nəticədə Azərbaycan Xalq Cümhuriyyəti devrilib. İllər keşdikcə, işğalla bağlı fərqli məlumatlar üzə çıxır. 

“Parlamanda sədarət edən doktor Ağayev ultimatumu oxuduqda, Ağamalıoğlu yerindən səslənərək “Vəssalam, bazar bağlandı” dedi. Qısa müzakirədən sonra Məhəmmədhəsən Hacınskinin sədarəti altında Məhəmmədəmin Rəsulzadə, doktor Qarabəyov, Qardaşov, İbrahim Əbilov və Ağamaloğlundan ibarət bir komissiya təşkil edildi və danışıq aparmaq üçün onlara ixtiyar verildi. A.K. (b) F. Mərkəzi Komitəsi tərəfindən danışıq üçün mən vəkil seçilmişdim. 

Komissiya Behbud xan Cavanşirskinin evində toplandı... Mən daxil olanda Məhəmmədəmindən başqa hamı ayağa qalxdı. Nə istədiklərini soruşdum və 15 dəqiqədən artıq vaxtım olmadığını bildirərək təcili surətdə məsələnin həllini tələb etdim... Komissiya daha bir neçə dəqiqə vaxt istədi... 

İki saat vaxt verdim... Axşam saat 6-da Məhəmmədyusif Cəfərov örtülü avtomobildə məni axtararaq tapdı və parlamanın qərarını mənə verdi. Qərara parlaman möhrü qoyulmuş və doktor Ağayevlə katib Hacınski (deyəsən, Mehdi bəy) tərəfindən imzalanmış idi. 

Parlaman təxminən gecə saat 11-12-də dağıldı... Gecə ikən bütün şəhərdə qırmızı bayraqlar asıldı. Şəhər əhalisi axşam Müsavat bayrağını asaraq yatdıqları halda 28 apreldə səhər durarkən qırmızı inqilab bayrağını gördü”. (Həmid Sultanov. “Müsavat hökumətinin son dəqiqələrində”. “Kommunist” qəzeti, sayı 2908, 28 aprel 1930)”.

Избранный
55
1
cebheinfo.az

2Источники