RU

ABŞ İrana qarşı müharibə hazırlıqlara start verdi

İranla ABŞ arasında atəşkəs prosesi davam edərkən, ABŞ Körfəz ölkələrindəki bəzi  hərbi bazalarına əhəmiyyətli hərbi yerləşdirmələr edir.

Ölkə.az “Flightradar24” məlumatlarına istinadən xəbər verir ki, 27 apreldə ABŞ-a məxsus yüklər hər ikisi Körfəz ölkələri olan Qətər və BƏƏ-dəki hərbi bazalara göndərilib.
Qətərin paytaxtı Doha yaxınlığında yerləşən ABŞ-a məxsus Əl-Udeyd bazasına C-130 hərbi nəqliyyat təyyarələrinin enişi görüntülənib.

Ekspertlər hərbi bazaya yük daşınmalarını və təyyarələrin bir-birinin ardınca eniş etməsini müharibəyə hazırlıq kimi dəyərləndirib. 
Vaşinqtonla Tehran arasında iki raund görüşün uğursuz başa çatması hərbi əməliyyatların bərpa olunmasını artıq qaçılmaz edir.

Dohanın cənub-qərbindəki səhra bölgəsində yerləşən və təxminən 24 hektar ərazini əhatə edən baza, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyekti hesab olunur.
Baza Vaşinqton tərəfindən "Yaxın Şərq əməliyyatlarının mərkəzi" kimi təsvir olunur, çünki orada ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) regional qərargahı yerləşir.
Buradan, Şimal-Şərqi Afrikadan Cənubi Asiyaya qədər uzanan geniş coğrafi ərazidə hava əməliyyatları idarə olunur. Bölgədəki, əsasən İraq, Suriya və Yəməndəki bir çox hava əməliyyatları bu bazadan idarə olunur.

Əl-Udeyddə təxminən 100 təyyarənin, o cümlədən uzaqmənzilli bombardmançı təyyarələrin, yanacaqdoldurma və nəqliyyat təyyarələrinin və pilotsuz uçuş aparatlarının yerləşdirildiyi məlumdur.
Əl-Udeyd hava bazasında təxminən 10.000 amerikalı hərbçi yerləşdirilib.
28 fevralda ABŞ-İsrail-İran müharibəsi başlamazdan əvvəl bazada yerləşən hərbi personalın əhəmiyyətli bir hissəsi təhlükəsizlik səbəbi ilə təxliyə edilmişdi.

Mürtəza

Избранный
16
2
olke.az

3Источники