BAKI, 28 aprel. TELEQRAF
Türkiyə və Azərbaycan qardaşlığı, həmçinin bu gün atılan geniş inteqrasiya addımları dünyaya nümunə təşkil edən və bənzəri olmayan yeni bir mərhələyə qədəm qoyub.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının yubiley tədbirində çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırda səkkiz Türk dövləti vahid çatı altında birləşərək Xəzərdən Mərkəzi Asiyaya, Anadoludan Balkanlara və Qafqaza qədər uzanan böyük bir inkişaf dövrünün başlanğıcındadır.
AKP rəsmisi əlavə edib ki, Azərbaycanın Zəfəri ilə yenidən gündəmə gələn Zəngəzur dəhlizinin reallaşması strateji əhəmiyyət daşıyır:
"İnşallah, bu dəhlizin həyata keçməsi ilə Türkiyə və Türk dünyası gələcəyin ticarət marşrutlarını müəyyən edən və müasir İpək Yolunu canlandıran o böyük mübarizənin memarı olacaq".