RU

“Neftçi”nin kapitanı: “Daha geniş heyət qurulmalıdır ki, zədələr bizə təsir etməsin”

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Neftçi” basketbol klubu daha güclü və geniş heyət qurmalıdır ki, zədələr komandaya çox da təsir etməsin”.

Bunu “ağ-qaralar”ın kapitanı Amil Həmzəyev deyib.

35 yaşlı oyunçu Bakı təmsilçisinin cari mövsümdəki çıxışı barədə danışıb.

“Əslində, mövsümə çox yaxşı başlamışdıq. Ancaq Azərbaycan Basketbol Liqasını zədələr ucbatından planlaşdırdığımızdan çox fərqli bitirdik. Yarımfinalda “Abşeron Lions”a uduzduq. Bu görüşlərdə də eyni səbəbdən məğlub olduq. Meydançada 2, bəzən 3 yerli basketbolçu ilə mübarizə aparmaq məcburiyyətində qaldıq. Düşünürəm ki, daha güclü və geniş heyət qurulmalıdır ki, zədələr komandaya çox da təsir etməsin”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

A.Həmzəyev “Neftçi” ilə müqaviləsinin bitdiyini də sözlərinə əlavə edib:

“Hələlik yeni sözləşmə haqqında danışığımız olmayıb. Amma, əlbəttə ki, komandada çıxışımı davam etdirmək istəyirəm”.

Xatırladaq ki, “Neftçi” Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin hər iki oyununda “Abşeron Lions”a uduzub - 89:95, 81:90.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
icma.az

10Источники