RU

Stiven Cerrard bu klubun baş məşqçisi olmağa yaxındır

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

İngilis məşqçi Stiven Cerrardın yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Independent" yayıb.

Məlumata görə, "Bristol Siti" rəhbərliyi komandanı növbəti mövsüm 45 yaşlı mütəxəssisin çalışdırmasını istəyir. Mənbə sabiq "Liverpul"lunun bu təklifə isti yanaşdığını vurğulayıb.

Hazırda "Bristol Siti" Çempionşipin turnir cədvəlində 13-cü pillədə mövqe tutub. Sözügedən komanda Premyer Liqaya vəsiqə şansını itirib.

Cerrard Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttifaq"dan ayrılandan, ötən ilin yanvarından işsizdir.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
fanat.az

2Источники