RU

"Qəti düşünmədim, artıq əlimi üzmüşəm" - Əcnəbi MÜSAHİB

"Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqom Premyer Liqanın 29-cu turunda "İmişli"ni məğlub etdikləri (2:0) oyundan sonra Sportinfo.az-a müsahibə verib.

- Qələbə təəssüratların necədir?

- Əsas qələbədir. Bu gün bunu əldə etdik. Maksimum xal yığmaq lazımdır ki, üst pillələrdə qərarlaşaq.

- 2 qolla yadda qaldın. Oyunun qəhrəman hesab edirsən?

- Yox, elə deməzdim (gülür). Meydança yaxşı deyildi. Bu səbəbdən ikiqat çətin oyun keçdi. 2 şansım oldu, mən də onu dəyərləndirə bildim.

- "Səbail"də daha sabit çıxış edirdin. Eyni performansını burada niyə sərgiləyə bilmirsən?

- Bəli, düz qeyd edirsiniz, burda daha az qol vurmuşam. Amma keyfiyyət baxımından geri qaldığımızı deməzdim. Amma ola bilər ki, taktiki baxımdan "Sumqayıt" "Səbail"dən daha fərqli oyun göstərir. Məqsədlərin fərqli olması səbəb ola bilər. Məsələn, mövsümün birinci yarısı daha yaxşı alındı. Çünki komanda da uğurlu idi. Amma qışdan sonra komanda enişli-yoxuşlu yol keçdi. Bu da mənə təsir edir.

- Mövsümdə 6-cı dəfə "Sumqayıt" penaldan fərqlənə bilmədi. Ninkoviç fərqlənə bilməyəndə nə hislər keçirdin?

- Vurmaq barədə qəti düşünmədim. Artıq əlimi üzmüşəm. Çünki şanslarım oldu, amma vura bilmədim. Əslində futbolda belə şeylər olur. Messi, Ronaldo belə bəzən vura bilmir. Ciddi problem görmürəm.

- Ardıcıl iki oyunda qələbə qazandınız. Avrokuboklar zonasından çox uzaq deyilsiniz. "Kəpəz", "Karvan-Yevlax"la oyunlarda itirilən qızıl xalları tez-tez xatırlayırsan?

- Yox, nəsə demək indi asandır. Biz çempionatın böyük bölümündə uğursuz olduq. Bundan sonra hər oyuna motivasiya olmalıyıq. Hər oyun çox çətindir. "Kəpəz" iki oyunda "Qarabağ"ı udub.

XANOĞLAN İMANOV

Избранный
17
sportinfo.az

1Источники