RU

Bədəninizdəki ağrılar hansı xəstəliyin göstəricisidir?

Bədənimiz bəzən ən kiçik ağrılarla bizə gizli mesajlar göndərir.

 

Pravda.az bildirir ki, “sadə bir ağrıdır, keçər” dediyiniz simptomlar ciddi xəstəliklərin ilkin əlaməti ola bilər.

 

Sinə ağrısı

Sinə nahiyəsində yaranan hər ağrı ürək tutması deyil, lakin ən risklisi budur.

 

Nəyə işarə edir? Əgər ağrı sol qola, çənəyə və ya kürəyə yayılırsa, təzyiq hissi verirsə, bu, ürək damar xəstəlikləri ola bilər.

 

Digər ehtimallar: Reflü (mədə yanması), ağciyər problemləri və ya şiddətli stress.

 

Qarın ağrısı

Qarın ağrısını sadəcə "soyuqlama" ilə əlaqələndirməyin:

 

Sağ alt tərəf: Qəfil və kəskin ağrı apendisit əlaməti ola bilər.

 

Sağ üst tərəf (qabırğa altı): Öd kisəsində daş və ya iltihab.

 

Mədə nahiyəsi: Yanma və sancı varsa, qastrit və ya xora ehtimalı yüksəkdir.

 

Bel və kürək ağrıları

Müasir dövrün ən böyük problemi olan bu ağrılar həmişə yorğunluqdan qaynaqlanmır:

 

Böyrəklər: Belin yan tərəflərindən aşağıya doğru vuran şiddətli sancı böyrək daşı xəbərçisi ola bilər.

 

Onurğa: Ayaqlara qədər enən uyuşma və ağrı bel yırtığının (qrıja) əlamətidir.

 

Baş ağrısı

Miqren: Adətən başın tək tərəfində, nəbz kimi vuran və işığa qarşı həssaslıqla müşayiət olunan ağrı.

 

Gərginlik tipi: Başın ətrafında sıx bir bant varmış kimi hiss edilən ağrılar adətən stress qaynaqlıdır.

 

Təhlükəli hal: Əgər həyatınızda hiss etdiyiniz "ən şiddətli və qəfil" baş ağrısıdırsa, bu, beyin qanaması riski daşıya bilər.

 

Ayaq ağrıları və şişkinlik

Ayaqlarda, xüsusən də baldırlarda yaranan tək tərəfli ağrı və qızartı venoz tromboz (damar tıxanması) əlaməti ola bilər ki, bu da laxtanın ağciyərə sıçraması baxımından çox təhlükəlidir.

 

Nə zaman həkimə qaçmalı?

Ağrı qəfil başlayıbsa və şiddətlidirsə,

 

İstilik (qızdırma) və tərləmə ilə müşayiət olunursa,

 

İstirahət etdikdə belə keçmirsə,

 

Nəfəs darlığı və ya huşun itməsi kimi hallar varsa, vaxt itirmədən peşəkar tibbi yardım alın.

 

Əminə Bayramova

Tarix: 28 Aprel 2026, 17:16   
Избранный
61
pravda.az

1Источники