RU

Süheyl Əl Mazrui: "BƏƏ-nin OPEC-dən çıxması üçün münasib vaxt yetişib"

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmasına dair qərar qəbul edilməsi üçün münasib vaxt gəlib çatıb.

"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu BƏƏ-nin energetika naziri Süheyl Əl Mazrui bildirib.

"BƏƏ Hörmüz boğazındakı məhdudiyyətlər sayəsində bazara əhəmiyyətli təsir göstərmədən bu addımı münasib vaxtda atır. Bu, BƏƏ-nin uzunmüddətli strateji və iqtisadi konsepsiyasına əsaslanan suveren milli qərarıdır. BƏƏ OPEC-dən çıxmaq qərarını qəbul edərkən heç kəslə birbaşa məsləhətləşməyib", - o deyib.

Избранный
19
far.az

1Источники