525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakı Malayale Assosiasiyası müxtəlif hind festivallarını bir araya gətirən, birlik və mədəni harmoniyanı vurğulayan çoxmədəniyyətli tədbir təşkil edib.
525.az xəbər verir ki, xüsusi tədbirdə Vişu, Pasxa və Ramazan bayramları birgə qeyd edilib.
Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar bildirib ki, Bakıda üç bayramın birgə qeyd edildiyi tədbir birliyi, həmrəyliyi simvolizə edir. Diplomat bu təşəbbüsü yüksək qiymətləndirib.
Şənlikdə Hindistanın zəngin mədəni müxtəlifliyi tamaşalar və ənənəvi mətbəx vasitəsilə nümayiş olunub. Canlı mədəni tamaşalar təqdim edilib, sonda isə ənənəvi Keralam ziyafəti ilə başa çatıb.Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.