RU

“İdrak” Liseyində güllələnən müəllim işdən çıxıb? - Vəkili AÇIQLADI - YENİLƏNİB

Bakıda baş verən məktəb insidenti ilə bağlı yayılan bəzi məlumatlara aydınlıq gətirilib.

Redaktor.az xəbər verir ki, Şəhla Kamilovanın vəkili Vüqar Əliyev “Qafqazinfo”ya açıqlamasında müəllimin işdən ayrılması ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, müəllim işdən çıxmayıb və hazırda qısa müddətli bülletendədir. Vəkil əlavə edib ki, ailə əsassız məlumatların yayılmasından və şəxsi fotoların ictimailəşdirilməsindən narahatdır.

Qeyd edək ki, daha əvvəl mediada müəllimlə hadisəni törədən şagird arasında barışıq əldə olunduğu və bununla bağlı sənədin istintaqa təqdim edildiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, hadisə bu ilin fevral ayında Bakıda yerləşən “İdrak” Liseyində baş verib. İddialara görə, 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə liseyə gələrək riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Hazırda şagirdə qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Təqsiri sübuta yetirilərsə, onun yaşı nəzərə alınaraq 10 ilədək azadlıqdan məhrum edilə bilər.

***

“İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, modern.az-a verilən məlumata görə, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.

Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Əli Şirinovun ailəsi ilə “İdrak” Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışov və liseyin direktoru Natəvan Alışova arasında ailəvi dostluq münasibətlərinin olduğu bildirilir.

İddialara görə, istintaq yekunlaşdıqdan sonra şagirdin təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən Londona göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbədən də şagirdin azadlığa buraxılacağı gözlənilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. “İdrak” Liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllim Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar.

Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Избранный
59
21
redaktor.az

10Источники