RU

Britaniya Kralı 30 ildən sonra ABŞ Konqresində çıxış edəcək

Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresinə müraciət edəcək. Bu, son 30 ildə Britaniya monarxının ABŞ Konqresində edəcəyi ilk çıxış kimi tarixə düşəcək.

“Sky News”un Bukinqem sarayına istinadən yaydığı məlumata görə, Kral London və Vaşinqton arasındakı müdafiə, kəşfiyyat və təhlükəsizlik əlaqələrinin onilliklərə dayandığını və sarsılmaz olduğunu vurğulayacaq.

III Çarlz ABŞ-nin müstəqilliyinin 250 illiyinə toxunaraq, bu hadisənin iki ölkə arasında bəşər tarixinin ən böyük ittifaqını başlatdığını qeyd edəcək. Təxminən 20 dəqiqəlik nitqdə qlobal sülhə verilən töhfələr və xalqlar arasındakı ortaq mənəvi dəyərlər ön plana çəkiləcək.

Xatırladaq ki, ABŞ Konqresində çıxış edən ilk Britaniya monarxı 1991-ci ildə Kralın anası, II Elizabet olub.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
56
1
azerbaijan-news.az

2Источники