RU

Zelenski İsraili hədələdi

İsrailin Rusiyadan taxıl alması rəsmi Kiyevlə Təl-Əviv arasında narazılığa səbəb olub. 

“Cebheinfo.az”-ın məlumnatına görə, buna səbəb Ukraynanın işğal olunmuş ərazilərində becərilmiş taxılın İsrailə satılması olub. 

Ukrayna Prezidenti bu hərəkəti pisləyərək İsraili hədələyib. Volodimir Zelenski “İsrailin Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisindən oğurluq taxıl alması qanuni biznes sayıla bilməz”-deyərək  münasibət bildirib.

O, Kiyevin bundan qazanc əldə etməyə çalışanlara qarşı sanksiyalar hazırladığını deyib.

“İsrail hakimiyyəti ölkənin limanlarına hansı gəmilərin gəldiyini və hansı yükü daşıdıqlarını bilməlidir. Rusiya müvəqqəti olaraq işğal olunmuş Ukrayna torpaqlarında taxılı sistemli şəkildə ələ keçirir və işğalçılarla əlaqəli şəxslər vasitəsilə ixracını təşkil edir. Bu cür sxemlər İsrail dövlətinin qanunlarını pozur”, - Zelenski “X” sosial şəbəkəsində yazıb.

Избранный
54
cebheinfo.az

1Источники