RU

Diaspor Komitəsində Polşa müftisi ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov ölkəmizdə səfərdə olan Polşa Respublikasınınmüftisi, Polşa Respublikasında Müsəlman Dini Birliyinin AliMüsəlman Kollecinin sədri Tomas Mişkeviç ilə görüşüb. Görüşdəölkələrimiz arasında sıx əlaqələr və Polşadakı Azərbaycan icmasınınfəaliyyətilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirəolunub.

Trend xəbərverir ki, qonağı səmimi salamlayan komitə sədri Azərbaycanla Polşaarasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu, buəlaqələrin Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeniinkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Qeyd edib ki, Azərbaycanda tolerantlıq və multikulturalizmdövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dini icmalardaim dövlətin diqqət və qayğısı ilə əhatə olunub, müxtəlif dinlərəvə mədəniyyətlərə məxsus insanlar sivilizasiyaların qovşağı olanölkəmizdə harmoniya içərisində yaşayır.

Görüş zamanı Komitənin layihə və proqramlarından danışılıb, ocümlədən 44 ölkəni əhatə edən 17 Koordinasiya Şurasının dünyaazərbaycanlılarının fəaliyyətini əlaqələndirməsi diqqətəçatdırılıb. 20 ölkədəki 32 Azərbaycan Evinin ardıcıl və məqsədyönlüişləri barədə müfəssəl məlumat verilib, onların soydaşlarımızınsosial, mədəni və iqtisadi həyatlarına necə dəstək verdiyixatırladılıb. Azərbaycan Evlərinin ikisinin Polşanın Varşava vəKrakov şəhərlərində yerləşdiyi və həmin evlərin diasporquruculuğunun mühüm istiqamətlərini təşkil etdiyi qeyd olunub.

Söhbət zamanı Avropada soydaşlarımızın ən çox yaşadığı ölkəninAlmaniyadan sonra Polşada olduğu vurğulanıb. Polşadakı Azərbaycanicmasının fəallığı, yerli cəmiyyətə uğurla inteqrasiyası, ölkəninictimai-siyasi, mədəni həyatında fəal iştirakı diqqət mərkəzindəolub, diaspor fəaliyyətinin davamlılığı üçün ardıcıl və məqsədyönlüiş aparıldığı qeyd edilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Tomas Mişkeviç Polşadayaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasının, onlarınsosial, mədəni və iqtisadi sahələrdəki aktiv fəaliyyətinin müsbətnəticələrini qeyd edərək, bu prosesin Azərbaycan dövlətinin müdriksiyasətinin göstəricisi olduğunu bildirib. O, Azərbaycanın dinitolerantlıq və multikulturalizm sahəsindəki uğurlarını yüksəkqiymətləndirib, ölkəmizin bu sahədə nümunəvi bir model olduğunuifadə edib.

Polşa Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiriPavel Radomski ölkələrimiz arasında bir çox istiqamətlərdə, ocümlədən diaspor sahəsində əməkdaşlığı daha da inkişaf etdirməküçün böyük potensial olduğunu vurğulayıb, təmsil etdiyi ölkədəAzərbaycan icmasının inkişafından məmnunluq ifadə edib.

Görüşdə Polşa müftisi Tomas Mişkeviçə təltif olunduğu “Diasporfəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalıtəqdim edilib. Qonaq bu mükafatı Azərbaycan dövlətinin onagöstərdiyi böyük etimadın təzahürü kimi dəyərləndirib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi iləyekunlaşıb. Hər iki tərəf gələcəkdə əməkdaşlıq sahələrinigenişləndirmək və dərinləşdirmək niyyətlərini ifadə edib. GörüşAzərbaycan və Polşa arasındakı əlaqələrin, xüsusilə diasporfəaliyyəti sahəsində münasibətlərin daha da güclənməsi baxımındanböyük əhəmiyyət daşıyır.

Diaspor
Diaspor
Diaspor
Избранный
63
5
az.trend.az

6Источники