RU

Azərbaycan ilə Çexiya arasında münasibətlər konkret layihələr və təşəbbüslərlə zənginləşir - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamikinkişaf mərhələsinə qədəm qoyub və bu əməkdaşlıq artıq yalnızsiyasi dialoq çərçivəsində deyil, həm də iqtisadi, enerji, sənayevə texnoloji sahələrdə konkret layihələr və təşəbbüslərləzənginləşir. Aprelin 27-də Qəbələdə keçirilən yüksək səviyyəligörüşlər və biznes-forum bu münasibətlərin yeni mərhələyə keçdiyinibir daha nümayiş etdirdi.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iləÇexiyanın Baş naziri Andrey Babiş arasında keçirilən görüşlərgöstərdi ki, tərəflər arasında siyasi dialoq artıq sabit və davamlıxarakter alıb. Cəmi üç ay əvvəl Davosda baş tutmuş ilk görüşdənsonra qısa müddət ərzində rəsmi səfərin reallaşması münasibətlərinintensivliyindən xəbər verir. Bu dinamika iki ölkənin qarşılıqlımaraqlarının üst-üstə düşdüyünü və əməkdaşlığın genişləndirilməsiüçün real zəminin mövcud olduğunu təsdiqləyir. Prezident İlhamƏliyev çıxışında bu məqamı xüsusi vurğulayaraq qeyd edib: "Bu, ikiölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir.Bizim indi çox fəal siyasi dialoqumuz var".

Bu siyasi dialoq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır,həm də regional və qlobal məsələlərin müzakirəsini əhatə edir. Buisə Azərbaycan və Çexiyanın beynəlxalq platformalarda da əməkdaşlıqimkanlarının geniş olduğunu göstərir", - politoloq bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Çexiya münasibətlərinin əsasistiqamətlərindən biri enerji sahəsidir.

"Azərbaycan uzun illərdir ki, Çexiyanın əsas nefttəchizatçılarından biridir və bu əməkdaşlıq artıq strateji xarakterdaşıyır. Çexiya tərəfi də bunu açıq şəkildə etiraf edir. Baş nazirAndrey Babiş çıxışında bildirib: "Azərbaycan Çex Respublikasında əniri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faiziAzərbaycandan daxil olur". Bu fakt təkcə iqtisadi göstərici deyil,həm də enerji təhlükəsizliyi baxımından Azərbaycanın Avropa üçünəhəmiyyətini ortaya qoyur. Hazırda əməkdaşlıq yalnız neftləməhdudlaşmır, tərəflər təbii qaz sahəsində də uzunmüddətlimüqavilələr və yeni layihələr üzərində işləyirlər. AzərbaycanınAvropaya qaz ixracının genişlənməsi fonunda Çexiyanın bu sahəyəmarağı artmaqdadır. Bu əməkdaşlıq həm də Avropanın enerjimənbələrinin şaxələndirilməsi siyasəti ilə üst-üstə düşür.Beləliklə, Azərbaycan regionun əsas enerji təminatçılarından birikimi mövqeyini daha da möhkəmləndirir. İki ölkə arasında iqtisadiəlaqələr son illərdə ciddi artım nümayiş etdirib", - politoloqbildirib.

A.Qarayev qeyd edib ki, ticarət dövriyyəsinin 800 milyondollardan çox olması bunu təsdiqləyir.

"Lakin tərəflər bu göstəricinin struktur baxımından dahabalanslı olmasının vacibliyini qeyd edirlər. Prezident İlham Əliyevbu barədə bildirib: "Bizim çox böyük ümidimiz ondan ibarətdir ki,ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq". Azərbaycantərəfi xarici investorlar üçün əlverişli mühit yaratdığını davurğulayır. Sabit valyuta siyasəti, aşağı xarici borc səviyyəsi vəyüksək investisiya reytinqləri ölkənin iqtisadi cəlbediciliyiniartırır. Son 20 ildə Azərbaycana 350 milyard dollar sərmayəninqoyulması bu mühitin real nəticəsidir. Çexiya şirkətlərininAzərbaycana artan marağı da diqqət çəkir. 50-dən çox şirkətinbiznes-forumda iştirakı göstərir ki, əməkdaşlıq yalnız niyyətmərhələsində deyil, konkret layihələr müstəvisində inkişaf edir.Sənaye, nəqliyyat, energetika, müdafiə və texnologiya sahələri əsasprioritet istiqamətlər kimi müəyyənləşdirilib", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan və Çexiya arasındaəməkdaşlığın diqqət çəkən istiqamətlərindən biri də müdafiəsənayesidir. Çexiya bu sahədə Avropanın qabaqcıl ölkələrindən birihesab olunur və müasir texnologiyalarla tanınır.

"Azərbaycan isə öz müdafiə sənayesini inkişaf etdirmək və yerliistehsalı genişləndirmək strategiyası həyata keçirir. Bu baxımdanbirgə istehsal layihələri xüsusi əhəmiyyət daşıyır. Artıq buistiqamətdə konkret danışıqların aparılması əməkdaşlığın praktikmərhələyə keçdiyini göstərir. Bundan əlavə, nəqliyyat vəinfrastruktur sahəsində də geniş imkanlar mövcuddur. Xüsusilə dəmiryolu, metro sistemləri və "ağıllı" nəqliyyat texnologiyalarısahəsində Çexiya şirkətləri Azərbaycanın maraq dairəsindədir.Azərbaycanın coğrafi mövqeyi onu mühüm nəqliyyat və logistikamərkəzinə çevirir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərininkəsişməsində yerləşən ölkə artıq beynəlxalq tranzit marşrutlarınınəsas iştirakçısına çevrilib. Bu kontekstdə Çexiya ilə əməkdaşlıqyeni imkanlar yaradır. Avropa ilə Asiya arasında yük daşımalarınınartdığı bir dövrdə Azərbaycan üzərindən keçən marşrutlarınəhəmiyyəti daha da yüksəlir. Bu isə logistika, infrastruktur vənəqliyyat sahəsində birgə layihələrin sayının artmasına gətiribçıxara bilər", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, müasir dövrdə enerji əməkdaşlığı yalnızənənəvi resurslarla məhdudlaşmır.

"Azərbaycan bərpaolunan enerji sahəsində də böyük planlar həyatakeçirir. 2032-ci ilə qədər 8 giqavat gücündə yaşıl enerji istehsalıhədəfi ölkənin bu istiqamətdə ciddi addımlar atdığını göstərir.Çexiya şirkətləri bu sahədə texnologiya və təcrübə baxımındanAzərbaycanın tərəfdaşı ola bilər. Eyni zamanda süni intellekt,məlumat mərkəzləri və innovasiya texnologiyaları da əməkdaşlığınyeni istiqamətləri kimi ön plana çıxır. İqtisadi əməkdaşlıqlayanaşı, turizm və humanitar sahələr də münasibətlərin inkişafındamühüm rol oynayır. Hər iki ölkə zəngin tarixə, mədəni irsə vəturizm potensialına malikdir. Qəbələdə keçirilən tədbirlər dətəsadüfi deyil. Qədim tarixə malik bu şəhər bu gün Azərbaycanınturizm mərkəzlərindən biri kimi çıxış edir. Turizm sahəsindəəməkdaşlıq, birbaşa aviareyslərin artırılması və xalqlararasıəlaqələrin genişləndirilməsi münasibətləri daha da dərinləşdirəbilər", - A.Qarayev bildirib.

Politoloq qeyd edib ki, Qəbələdə keçirilən görüşlər vəbiznes-forum Azərbaycan-Çexiya münasibətlərinin yeni mərhələyəqədəm qoyduğunu açıq şəkildə göstərdi.

"Siyasi dialoqdan başlayaraq enerji, sənaye, nəqliyyat,innovasiya və turizm sahələrinə qədər geniş spektri əhatə edənəməkdaşlıq artıq strateji xarakter alır. Bu görüşlər və açıqlananməqsədlər və hədəflər iki ölkə arasında münasibətlərin gələcəkdədaha da dərinləşəcəyini və yeni layihələrlə zənginləşəcəyini deməyəəsas verir. Mövcud potensial və qarşılıqlı maraqlar nəzərəalındıqda, Azərbaycan və Çexiya arasında əməkdaşlığın uzunmüddətlivə dayanıqlı olacağı şübhə doğurmur", - o əlavə edib.

Məqalədə:
Избранный
70
1
az.trend.az

2Источники