Faktla bağlı detalları öyrənmək üçün adı çəkilən təhsil müəssisəsi və şəhər üzrə regional idarə ilə əlaqə saxladıq. Gəncə şəhəri M.A. Abbaszadə adına 20 nömrəli tam orta ümumtəhsil məktəbindən sorğumuza cavab olaraq bildirilib ki, bir şagirdin digərinə xəsarət yetirməsi ilə bağlı məsələ araşdırılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, hadisə aprelin 27-də tənəffüs zamanı məktəbin həyətində şagirdlərin bir-birini ehtiyatsızlıqdan itələməsi nəticəsində baş verib. Bildirilib ki, şagirdlərlə məktəbin psixoloqunun iştirakı ilə fərdi söhbətlər aparılıb, həmçinin valideynlərə mövcud vəziyyət ətraflı izah edilib. Qeyd olunub ki, şagirdlərin sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.
