RU

Genlər ömrün uzunluğuna düşündüyümüzdən daha çox təsir edir

İsrailin Veysman İnstitutunun yeni araşdırması uzunömürlülük haqqında köhnə təsəvvürləri dəyişib.

 “Science” jurnalında dərc olunan tədqiqata görə, insanın nə qədər yaşaması 50 faiz genetikadan asılıdır. Əvvəllər bu rəqəmin cəmi 10-25 faiz olduğu güman edilirdi.

Alimlər İsveç və Danimarkadan olan əkizlərin məlumatlarını analiz edərək, xarici amilləri (qəzalar, infeksiyalar və s.) bioloji yaşlanmadan ayırmağı bacarıblar. Bu “təmizlənmə” nəticəsində DNT-nin ömür üzərindəki güclü təsiri üzə çıxıb. Məsələn, 80 yaşa qədər demensiyadan ölüm riskinin 70 faizinin genetik olduğu müəyyən edilib.

Qeyd edək ki, bu kəşf alimləri ömrü uzadan xüsusi genləri axtarmağa və qocalma problemlərini müalicə etmək üçün yeni yollar tapmağa daha çox həvəsləndirəcək.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
69
azerbaijan-news.az

1Источники