RU

Şəkidə Olimpiya həyəcanı: 192 məktəbli yarışdı FOTO

ain.az, Idman.biz saytına istinadən bildirir.

Şəki Olimpiya İdman Kompleksində məktəblilər arasında atletika üzrə kütləvi idman tədbiri keçirilib. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi layihəsi çərçivəsində təşkil olunan yarışda 192 məktəbli öz qüvvəsini sınayıb.

İdman.Biz xəbər verir ki, tədbir Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşıb. Yeniyetmələr yerindən uzunluğa tullanma, bir kiloqramlıq tibbi topun atılması və 30 metr məsafəyə qaçış üzrə mübarizə aparıblar.

Gərgin keçən yarışların yekununda ən yaxşı nəticə göstərən ilk üç yerin sahibi medal, diplom və hədiyyələrlə mükafatlandırılıb. Digər iştirakçılara isə xüsusi sertifikatlar təqdim olunub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
icma.az

1Источники