RU

Liverpul un hədəfinə tuş gəldi

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Liverpul"un hədəfinə tuş gəldi

"Liverpul" "Napoli"nin müdafiəçisini hədəfə alıb.

QOL.az xəbər verir ki, "Teamtalk" nəşrinin yaydığı məlumata görə, Mersisayd təmsilçisi Neapol klubunun mərkəz müdafiəçisi Sem Byokemanı yaxından izləyir.

Bildirilir ki, "Liverpul"un baş məşqçisi Arne Slot 27 yaşlı futbolçunun bacarıqlarını yüksək qiymətləndirir. Niderlandlı mütəxəssis Byokemanı hələ öz ölkəsində çalışdığı dövrdə də komandasına transfer etməyə maraq göstərib. 

Qeyd olunur ki, "Napoli" oyunçu üçün 35 milyon avrodan yüksək olan təklifləri nəzərdən keçirməyə hazırdır.

Xatırladaq ki, Sem Byokema cari mövsümdə bütün turnirlər daxil olmaqla 30 matçda iştirak edib və 2 qolla yadda qalıb. Müdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
2
qol.az

3Источники