RU

Rusiyada rekord uzunluqda xiyar yetişdirilib

Kazan yaxınlığındakı Salmaçı qəsəbəsində həvəskar bağban Eminə Vahitova rekord müəyyən edib: onun istixanasında uzunluğu 93 santimetr, çəkisi isə 2,8 kiloqram olan xiyar yetişib.

Ölkə.Az xəbər verir ki, Tatarıstanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən verilən məlumata görə, bu nailiyyət "INTERRECORD" ekspertləri tərəfindən rəsmən qeydə alınaraq Rusiya Rekordlar Reyestrinə daxil edilib.

"Şərq delikatesi" növünə aid olan rekordçu tərəvəz adi istixana şəraitində yetişdirilib. "Mən uzun illərdir parnikdə tərəvəz yetişdirirəm. Hər şey adi qaydada idi: suvarma, qulluq, üzvi gübrələr. Lakin bu xiyar fərqli böyüyürdü. Bir məqamda mən onu adi məhsul kimi qəbul etməyi dayandırdım və sadəcə nə qədər böyüyə biləcəyini müşahidə etdim", — deyə Vahitova bildirib.

Ölçmələr nazirlik əməkdaşları ilə birlikdə aparılıb ki, bu da parametrlərin rəsmi şəkildə təsdiqlənməsinə və nəticənin milli reyestrə daxil edilməsinə imkan verib.

Избранный
59
1
olke.az

2Источники