Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Səudiyyə ƏrəbistanıKrallığının Nəqliyyat Baş İdarəsinin nümayəndə heyəti ilə görüşkeçirilib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.
Görüşdə DDLA-nın fəaliyyətinə dair təqdimat nümayiş olunub.Qurumun keçdiyi inkişaf yoluna nəzər salınıb. Həmçinin son illərərzində dənizçilərin sertifikatlaşdırılması istiqamətində həyatakeçirilən islahatlardan bəhs olunub.
Agentliyin İdarə heyəti sədrinin müavini Eldar Məcidov ötən ilRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə ƏrəbistanıKrallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərinhazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dairBeynəlxalq Konvensiya”nın I/10 qaydasına uyğun olaraqsertifikatların qarşılıqlı tanınmasına dair bağlanmış AnlaşmaMemorandumunu xatırladıb. Qeyd edib ki, sözügedən sənəd hər ikiölkənin dənizçiləri üçün olduqca əhəmiyyətlidir.
Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsininDənizçilərlə iş departamentinin direktoru Osama Almehmadi görüşünyüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.Nümayəndə heyəti dənizçilərin sertifikatlaşdırılması sahəsindəqarşılıqlı əməkdaşlığı, o cümlədən müvafiq sahədə təcrübəmübadiləsinin vacibliyini vurğulayıb.
Görüşdə DDLA-nın dənizçi sənədlərinin rəqəmsal idarə olunmasıüçün istifadəyə verdiyi “My Cabinet” platforması, vahid informasiyasistemi, dəniz nəqliyyatı sahəsində kadr potensialınıngücləndirilməsi, beynəlxalq konvensiyalardan irəli gələnöhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib.
Sonda Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətiAgentliyin inzibati binasında dənizçilər üçün yaradılan beynəlxalqstandartlara uyğun imtahan proqramı və müasir texnikiavadanlıqlarla təchiz edilən imtahan zalı ilə tanış olub.