RU

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib

Reuters-ə görə, əsas qərarlar məhdud çevrə tərəfindən qəbul olunur...

İranda hakimiyyətin faktiki olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu-a keçdiyi bildirilir.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, həm hərbi, həm də siyasi qərarların qəbulu artıq məhdud sayda yüksək vəzifəli şəxslərin daxil olduğu dar çevrədə cəmlənib.

Bildirilir ki, bu çevrəyə Ali Milli Təhlükəsizlik Şurası, Ali liderin dəftərxanası və SEPAH rəhbərliyi daxildir. Məhz bu qurumlar ölkənin əsas strateji qərarlarını formalaşdırır.

Reuters-in həmsöhbətlərinin sözlərinə görə, İranın siyasi və dini elitası SEPAH-ın qərarlarına təsir göstərmək və ya onlara qarşı çıxmaq üçün kifayət qədər gücə malik deyil.

Bu vəziyyət ölkədə güc balansının dəyişdiyini və qərarvermə prosesində hərbi strukturların rolunun daha da artdığını göstərir.

Poliqon.info

Избранный
64
10
poliqon.info

10Источники