RU

"Mançester Yunayted" onun üçün 100 milyon ödəyəcək?

İngiltərənin “Mançester Yunayted” klubu Sandro Tonalinin transferində əsas favoritlərdən biri hesab olunur.

Fanat.Az xəbər verir ki, “Nyukasl Yunayted” yarımmüdafiəçi üçün təxminən 100 milyon avro tələb edir. Bu isə transferin reallaşmasını çətinləşdirən əsas məqamlardan biridir.

İtaliyanın “Yuventus” klubu da Tonalini heyətinə qatmaq niyyətindədir, lakin maliyyə baxımından rəqiblərindən geri qalır. Eyni zamanda, “Arsenal” və İspaniyanın “Real Madrid” klubları da 25 yaşlı futbolçu ilə maraqlanır.

Tonali hazırda Avropanın ən perspektivli yarımmüdafiəçilərindən biri hesab olunur. Onun gələcəyi ilə bağlı yekun qərarın yay transfer pəncərəsində veriləcəyi gözlənilir.

Избранный
28
fanat.az

1Источники