RU

İqtisadiyyat nazirinin müavini Yevlaxda vətəndaşların müraciətlərini dinləyib  

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Yevlax şəhərində vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri əsasən, sahibkarlığın inkişafı, vergi, əmlak, güzəştli kreditlərin verilməsi və digər məsələlərlə bağlı olub.

Görüşdə vətəndaşların sorğu xarakterli müraciətləri ilə bağlı əsaslandırılmış cavab və izahatlar verilib, araşdırma tələb edən müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar verilib.

Избранный
46
2
azerbaijan-news.az

3Источники