RU

Madyar Zelenski ilə görüşmək istəyir

Macarıstan və Ukrayna münasibətlərini yenidən başlatmaq planlaşdırılır...

Macarıstanın gələcək baş naziri Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirmək təşəbbüsü irəli sürüb.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Bildirilir ki, Madyar Viktor Orban dövründə tarixən ən aşağı səviyyəyə enmiş iki ölkə arasındakı münasibətləri yenidən qurmaq niyyətindədir.

Məlumata görə, Madyar Zelenskiyə iyun ayında Ukraynanın qərbində yerləşən və etnik macarların yaşadığı Bereqovo şəhərində görüşməyi təklif edib.

O, həmçinin Kiyevdən milli azlıqların hüquqlarının genişləndirilməsini istəyib. Bu çərçivədə etnik macarlar üçün dil istifadəsi və təhsil sahəsində hüquqların artırılması məsələsinin münasibətlərin yaxşılaşdırılması üçün əsas şərt olduğunu bildirib.

Ekspertlər hesab edirlər ki, belə bir görüş baş tutarsa, Budapeşt və Kiyev arasında gərginliyin azaldılması istiqamətində mühüm addım ola bilər.

Poliqon.info

Избранный
64
poliqon.info

1Источники