RU

İranda siyasi balans pozuldu: əsas söz SEPAH-a keçdi

İranda siyasi və hərbi qərarların verilməsi faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusu-nun nəzarətinə keçib.

Musavat.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, həm hərbi, həm də siyasi qərarların qəbul olunduğu mərkəz dar çevrəyə məxsus şəxslərdən ibarətdir. Bu çevrəyə Ali Milli Təhlükəsizlik Şurası, Ali liderin aparatı və SEPAH rəhbərliyi daxildir.

Agentliyin mənbələri bildirir ki, ölkənin siyasi və dini elitası artıq bu qərarlara təsir göstərəcək qədər gücə malik deyil və SEPAH-ın mövqelərinə qarşı çıxmaq imkanları məhdudlaşıb.

Musavat.com

Избранный
54
10
musavat.com

10Источники