Tehran itirilmiş hərbi texnikanı yenidən toplamaq və yerləşdirmək üçün fasilədən istifadə edib...
İran atəşkəs müddətindən hərbi imkanlarını bərpa etmək üçün istifadə edib.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Bildirilir ki, Tehran ABŞ və İsrailin zərbələri nəticəsində məhv edilən silah sistemlərini yenidən bərpa etməyə başlayıb.
Məlumata görə, İran bu müddətdə raket buraxılış qurğularını, pilotsuz uçuş aparatlarını və sursat ehtiyatlarını yenidən yerləşdirib. Bu addımlar ölkənin hərbi potensialını qismən bərpa etməyə yönəlib.
Ekspertlər hesab edirlər ki, atəşkəs dövründən bu cür istifadə regionda gərginliyin yenidən artması riskini yüksəldə bilər.
Poliqon.info