RU

Moskvada 9 May sürprizi: tanklar yoxa çıxdı

Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, 9 Mayda Böyük Vətən müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Moskvada, Qırmızı meydanda hərbi parad keçiriləcək.

Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, paradda yalnız piyada kolonları iştirak edəcək, hərbi texnika isə bu il Qırmızı meydana çıxarılmayacaq.

Nazirlik bildirib ki, parada Rusiya Silahlı Qüvvələrinin ali hərbi məktəblərindən və müxtəlif qoşun növlərindən hərbçilər qatılacaq. Eyni zamanda, operativ vəziyyətlə əlaqədar kursantlar, suvorovçular və nahimovçular da builki tədbirdə iştirak etməyəcək.

Açıqlamada qeyd olunur ki, paradın aviasiya hissəsi keçiriləcək və Rusiya pilotaj qruplarının təyyarələri Qırmızı meydan üzərindən uçuş edəcək. Sonda isə Su-25 hücum təyyarələrinin Moskva səmasını Rusiya bayrağının rənglərinə boyayacağı bildirilib.

Rəsmi məlumatda qərarın “mövcud operativ vəziyyət”lə əlaqələndirildiyi vurğulanır.

 

Musavat.com

Избранный
46
2
musavat.com

3Источники