RU

Həyəcan və stressi yox edən möcüzəvi vasitə tapıldı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Mətbəxdə tez-tez istifadə edilən sarıkökün insan psixologiyasına təsirləri hamını heyrətləndirib. Alimlər bu ədviyyatın tərkibindəki xüsusi maddənin gərginliyi azaltdığını sübut ediblər.Demokrat.az xəbər verir ki, dietoloq Karman Meyer və Miranda Qalati stresslə mübarizədə sarıkökün əvəzsiz rolundan danışıblar. Mütəxəssislər bildiriblər ki, bu ədviyyatın tərkibindəki kurkumin maddəsi bədəndəki iltihabı minimuma endirir. İltihab prosesləri isə birbaşa depressiya və həyəcan pozuntusu ilə əlaqəlidir."Kurkumin iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə görə təşviş və depressiya simptomlarını yüngülləşdirə, psixi sağlamlığı yaxşılaşdıra bilər", — deyə Miranda Qalati bildirib.Dietoloq Karman Meyer isə qeyd edib ki, iltihab psixi sağlamlığa mənfi təsir göstərir, depressiya isə öz növbəsində orqanizmdə iltihab reaksiyasına səbəb olur.Mütəxəssislərin fikrincə, sağlam həyat tərzi ilə birlikdə sarıkökdən istifadə etmək mənəvi vəziyyəti yaxşılaşdırmağın ən sadə və təbii yoludur. Lakin kəskin həyəcan və ya dərin depressiya hallarında yalnız ədviyyatlara güvənmək olmaz, mütləq həkimə müraciət etmək lazımdır.Yəni, yeməklərə sarıkök əlavə etmək təkcə dad üçün deyil, həm də əsəbləri sakitləşdirmək və beyindəki iltihabı azaltmaq üçün faydalıdır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
100
demokrat.az

1Источники