Rusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürücülərin Rusiya ərazisində müvəqqəti qalma müddətini 180 günə qədər artırıb.
AzNews.az Oxu.az-a istinadla xəbər verir ki, müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc edilib.
Sənədə əsasən, MDB-yə üzv dövlətlərin, habelə Gürcüstanın beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücülər vizasız qaydada Rusiyaya daxil olduqları halda, bir təqvim ili ərzində ümumilikdə 180 günədək ölkədə qala biləcəklər.