RU

Məzunlar üçün yeni tələblər təsdiqləndi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsilmüəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digərdildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədrisdili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.

Trend-in əldəetdiyi məlumata görə, qaydalarda VIII-XI siniflər üzrə müsahibəninhansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.

Belə ki, VIII-XI siniflər üzrə müsahibə zamanı şagirdintədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasındaqiymətləndiriləcək:

  • dinləyib-anlama bacarığı

Şagird dinlədiyi mətndən götürdüyü qeydləri qrafik vasitələrlə(şəkil-sxem, diaqram, cədvəl, simvollar, klasterlər və s.)görsəlləşdirməli, dinlədiyi mətndəki fakt və fikirləriümumiləşdirərək nəticə çıxarmalı, dinlədiyi məlumatları şəxsibilikləri və əldə etdiyi başqa məlumatlarla müqayisə etməlidir.

  • oxu bacarığı

Şagird kontekstdən çıxış edərək söz və ifadələrin (frazemlərin,atalar sözlərinin, termin və alınma sözlərin) mənasını müəyyənetməli, mətndəki fakt və arqumentlər arasındakı uyğunluğu(uyğunsuzluğu) müəyyən etməklə əsaslandırmalı, oxuduğu mətndəkiməlumatları digər mənbələrlə müqayisə etməli, müəllif yanaşmasınamünasibət bildirməlidir.

  • danışma bacarığı

Şagird məlumatları ümumiləşdirərək mətn qurub danışmalı,səslənən fikirlərə münasibətini ifadə etmək üçün arqument vəəks-arqumentlər gətirməli, şifahi nitqində orfoepiya, fonetik,leksik normalara əməl etməli, zəngin söz ehtiyatı nümayişetdirməli, nitq prosesində danışığı (səs tonu və intonasiya) iləifadə tərzini (duruş, jest, mimika) uzlaşdırmalı, monolojiçıxışları zamanı natiqlik bacarıqlarını nümayiş etdirməlidir.

  • yazı bacarığı

Şagird mətni strukturlaşdırarkən onun forma və məzmunxüsusiyyətlərini nəzərə almalı və yazısında ədəbi dilin normalarınariayət etməli, sadə formalı işgüzar sənədlər (işgüzar məktub, akt,protokol və s.) tərtib etməli, müxtəlif fənlər üzrə biliklərindənistifadə etməklə polemik xarakterli mətnlər yazmalıdır.

Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballartoplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun balmüəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagirdmüsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibəninnəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektronkabinetə göndərilir.

Избранный
99
8
az.trend.az

9Источники