RU

Rusiyaya gələnlərdən barmaq izi götürülür

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya hökuməti ölkəyə daxil olan əcnəbilərdən biometrik məlumatların toplanması üzrə təcrübənin müddətini uzadıb.

Bu barədə qərarı Rusiya Nazirlər Kabineti təsdiq edib.

Təcrübənin 30 iyun 2026-cı ilə qədər davam etməsi planlaşdırılırdı. İndi isə müddət 31 dekabr 2027-ci ilə qədər uzadılıb.

Qanun layihəsinə əlavə edilmiş sənədlərdə qeyd olunub ki, təcrübənin bütün mərhələlərinin uzadılması qazanılmış müsbət təcrübəyə, eləcə də bütün sərhəd keçid məntəqələrinin ardıcıl olaraq modernləşdirilməsinə və biometrik identifikasiya proqram təminatının təkmilləşdirilməsinə əsaslanaraq zəruridir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
2
cebheinfo.az

3Источники