RU

İsraildən Livanın cənubuna ZƏRBƏ: 8 nəfər həlak olub

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Livanın cənubunda vəziyyət gərgin olaraq qalır. İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 8 nəfər, o cümlədən Mülki Müdafiə xidmətinin 3 əməkdaşı həyatını itirib. Bakıvaxtı. az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, İsrail ordusu bölgədə bir neçə hədəfi vurub. Hücumlar nəticəsində həm insan tələfatı, həm də ciddi dağıntılar qeydə alınıb. Eyni zamanda İsrail tərəfi Hizbullaha məxsus olduğu iddia edilən və ölkənin şimalı üçün təhlükə sayılan tunelin məhv edildiyini açıqlayıb.

Hadisələrdən biri Jibşit qəsəbəsində baş verib. Burada həyata keçirilən bombardman nəticəsində 2 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Son hücumlar Livan-İsrail sərhədində davam edən gərginliyin daha da şiddətləndiyini göstərir və regionda münaqişənin genişlənməsi ehtimalını gücləndirir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
1
bakivaxti.az

2Источники