RU

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dondarquşçu kəndi ərazisində qeydə alınıb.Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı tikiliyə çırpılıb.Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Onlara ilkin tibbi yardım göstərilib. Hazırda müalicələri davam etdirilir.Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
65
bizim.media

1Источники