RU

Argentina Prezidenti: Avropa yanlış siyasət səbəbindən məhvə gedir

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Avropa ölkələri miqrasiya, demoqrafik və ekoloji siyasətlərinə görə məhv olmaq həddindədirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Argentina Prezidenti Xavyer Miley bildirib.

"Hazırda Avropada hökm sürən bütün xaos onların pensiya sisteminin məhv edilməsi səbəbindən yaranıb. Onlar yaşıl gündəmlərini təbliğ edərkən, günahsız doğulmamış uşaqları öldürərkən, eyni zamanda əcnəbilərin axınını təşviq etdilər", - deyə o, iqtisadi nəzəriyyə üzrə konfransda bildirib.

Mileyin sözlərinə görə, Avropa özlərinin yaratdığı açıq-aşkar problemlərin olduğunu görüb, lakin onları "insanları idxal etməklə" həll etməyə çalışıb. "Beləliklə, Avropa özünü məhv olmaq həddinə çatdırıb", - deyə o əlavə edib.

2023-cü ilin dekabrında vəzifəyə başlayan Miley dəfələrlə insan fəaliyyətinin iqlim dəyişikliyinə təsirini sübut etdiyinə inanmadığını bildirib və Argentina diplomatlarına BMT-nin 2030-cu il Davamlı İnkişaf Gündəliyini dəstəkləməyi qadağan edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
icma.az

1Источники