RU

DÇ-2026-nın mükafat fondu artırıldı: Bu qədər oldu

2026-cı il futbol üzrə dünya çempionatının iştirakçı ölkələri daha çox mükafat alacaq.

Publika.az xəbər verir ki, bu barədə turnirin təşkilat komitəsinin nümayəndələri açıqlama yayıb.

FİFA Şurasının Vankuverdə keçirilən iclasında qəbul etdiyi qərara əsasən, turnirin ümumi mükafat fondu 871 milyon dollara (744 milyon avro) çatdırılacaq. Bu, əvvəl açıqlanan məbləğdən 15 faiz çoxdur.

Xatırladaq ki, 2025-ci ilin dekabrında ümumilikdə 727 milyon dollar (621 milyon avro) ayrılacağı bildirilmişdi. Lakin rəsmi açıqlamada qeyd olunduğu kimi, bu məbləğ turnirin kommersiya baxımından uğurlu olması səbəbindən artırılıb.

Избранный
48
publika.az

1Источники