Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.
"Report"un məlumatına görə, "Atletiko" Madriddə İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq.
Görüş "Metropolitano" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Matçı niderlandlı Denni Makkeli idarə edəcək.
Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu "Bavariya"nı 5:4 hesabı ilə üstələyib.