Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
DİN-in Mətbuat Xidmətindən XQ-yə verilən məlumata görə, aprelin 28-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 11 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
N.AdilqızıXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.