RU

Tovuzda avtomobil divara çırpıldı: Xəsarət alanlar var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb

7News.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Belə ki, sürücü Tural Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobil kəndin girişindəki divara çırpılıb.

Hadisə nəticəsində 43 yaşlı Tural Mustafayev, 28 yaşlı Elşən Nəzərov və 50 yaşlı Aynurə Vəliyeva müxtəlif bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardım avtomobili vasitəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Избранный
56
6
7news.az

7Источники